Bakı şəhərinin Qaradağ rayonunda fəaliyyət göstərməyən uşaq bağçasının ərazisində yanğın baş verib.
YeniAvropa Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, ümumi sahəsi 500 kvadratmetr olan taxta konstruksiyalardan ibarət bir-birinə bitişik özbaşına tikililər (məcburi köçkünlərin yaşadığı) 140 kvadratmetr sahədə yanıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınaraq, bitişik tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.