logo

Goranboyda çoban minaya düşdü

20:50 18-01-2022 | icon 7028
Goranboyda çoban minaya düşdü

Goranboy rayon sakini minaya düşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, hadisə rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb.

Kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Maqsud oğlu qoyun otaran zaman minaya düşüb.

Xəstəxanaya yerləşdirilən xəstənin ayağı amputasiya edilib.