Yardımlı rayonunda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 16-sı saat 13 radələrində rayonun Şıxlar kəndi ərazisində Keçələkəran kənd sakini R.Qənbərov idarə etdiyi “Chevrolet” markalı avtomobili dərəyə aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən İlqar Əsədov hadisə yerində ölüb, sürücü və 2 sərnişin xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Yardımlı Rayon Polis Şöbəsində araşdırma aparılır.