logo

Qəbələdə "Jiquli" mikroavtobusla toqquşdu, sürücü öldü

21:55 15-01-2022 | icon 6419
Qəbələdə "Jiquli" mikroavtobusla toqquşdu, sürücü öldü

Qəbələ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

YeniAvropa xəbər verir ki, hadisə rayonun Seyidlər adlanan yaşayış məntəqəsində qeydə alınıb.

Belə ki, rayonun Cığatelli kənd sakini, 2000-ci il təvəllüdlü Səfər Sərvan oğlu Şərifov idarə etdiyi "VAZ-21015" markalı avtomobillə hərəkətdə olarkən "Mercedes Vito" markalı mikroavtobusla toqquşub.

Ağır bədən xəsarətləri alan 21 yaşlı S.Şərifov Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Xəsarətləri ağır olan gənc oğlan müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.