Mayın 17-dən orta məktəblərdə əyani təhsil bərpa olunacaq
Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində mayın 17-dən əyani tədris forması qismən bərpa ediləcək.
Nazirlikdən YeniAvropa-ya bildirilib ki, həmin tarixdən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək.
Gəncə və Şəki şəhərlərində yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında azı 1,5 metr məsafəni gözləməyə imkan verən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində tədris həftədə 4 dəfə, ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə əyani şəkildə təşkil olunacaq. Qeyd olunan şəhərlərdə layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında azı 1,5 metr məsafəni gözləməyə imkan verməyən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində isə həftədə 2 dəfə, ümumi orta əhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla əyani aparılacaq.
Kollegiyanın qərarına əsasən, Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin xüsusi siniflərində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla dərslər əyani bərpa ediləcək.
Həmçinin Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş qruplarında (I-IX siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla əyani aparılacaq.
İrandan Azərbaycana 30 kq narkotika keçirmək istədi
Naxçıvanda ağır avtoqəza:3 nəfər ölüb,4 nəfər yaralanıb
Bakı və İrəvan dayanıqlı sülhə nail ola bilər-NATO baş katibi
Paytaxtda bankdan oğurluq edilməsinin qarşısı alınıb
Azərbaycanda yeni idman kanalına lisenziya verilib
Sabah Bakıda yağış yağacaq, 9° isti olacaq
“Azpetrol” 104-cü YDM-ni açıb
SOCAR Türkiyədə yeni investisiya layihələri həyata keçirməyi planlaşdırır
AFFA prezidentliyinə namizəd yoxdur
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
Azərbaycan nefti 88,53 dollara satılır
AQTA bir sıra ölkələrdən quş əti idxalına qadağa qoyub
Azərbaycandan Rusiyaya 25,3 milyon yumurta ixrac edilib
Novruz bayramı ilə əlaqədar FHN əhaliyə müraciət edib
Zabratda marketdə yanğın olub
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Faktiki hava:Əksər bölgələrdə yağış, dağlıq rayonlara qar yağıb
Bu gün Torpaq çərşənbəsidir
NATO-nun baş katibi ilə Gürcüstanın baş naziri ilə görüşüb
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
Prezident İlham Əliyev Xankəndidə Novruz tonqalını alovlandırıb
İlham Əliyev Azərbaycan xalqının Novruz bayramını təbrik edib
Bakının mərkəzində 4 küçə avtomobillər üçün bağlanır
Paşinyan Qazax rayonu ilə həmsərhəd bölgəyə səfər edib
Bakıda Azərbaycan-ABŞ əməkdaşlığı müzakirə olunub