Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək
Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə Qərara dəyişiklik edib.
YeniAvropa xəbər verir ki, Nazirlər Kabinetindən “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərara verilən izahda qeyd edilib ki, koronavirus (COVID-19)” pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Qərarı qəbul edilib. Qərara əsasən təhsil müəssisələrində sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımilləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilib.
“Koronavirus (COVID-19)” pandemiyasının 2021-ci ilin birinci yarımilliyində davam etməsi və bu dövrdə xüsusi karantin rejimi qaydalarının bu və ya digər formada tətbiq olunması sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin davam etdirilməsini zəruri edir.
Qeyd olunanları nəzərə alaraq 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan və ödənişli təhsil alan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı qəbul olunub.
Avropa İttifaqı Anar Məmmədlinin saxlanılmasından narahatdır
Sinoptiklərdən güclü külək, şimşək,leysan,sulu qar və sel xəbərdarlığı
40 ölkədən olan dini liderlər Bakıda və Şuşada görüşəcəklər
Sabah Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işnə başlayır
Ceyhun Bayramov qətərli həmkarı ilə görüşüb
Məhkəmə jurnalist Elnarə Qasımovanı ev dustaqlığına buraxmadı
Sabah Bakıda 26° isti olacaq
1,7 milyondan çox aksiz markasız tütün məmulatı aşkarlanıb
I Qarabağ müharibəsində dəfn edilmiş 183 meyit qalıqları ekshumasiya edilib
İsveç polisi “Eurovision”un təhlükəsizliyini dronlarla qoruyacaq
Göygöldə keçiriləcək Avropa Kubokuna 400-dək cüdoçu qatılacaq
İndiyədək 11 mindən çox itkin ailəsindən bioloji nümunə götürülüb
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür
Hərbi xidmətə çağırılanların tibbi müayinəsi regional xəstəxanada aparılacaq
“Qarabağ” – “Neftçi” matçının stadionu dəyişdirilib
Avropa çempionu olan şahmatçımıza qızıl medal və kubok təqdim olunub
Qazaxıstanın sabiq daxili işlər naziri həbs olunub
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
Sabahdan Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib
Azərbaycan nefti 89,70 dollara satılır
Cenevrə Azərbaycana minatəmizləmə sahəsində yardımlar müzakirə edilib
Neft Akademiyasında törədilmiş terror aktından 15 il ötür
Laçına daha 23 ailə köçürülüb