“Qarabağ” klubunun prezidenti Tahir Gözəl UEFA Avropa Liqasının əsas mərhələsinin V turunda Bakıda Fransanın "Lion" komandasına qarşı keçiriləcək oyunu şərh edib.
YeniAvropa xəbər verir ki, Tahir Gözəl KİV-ə müsahibəsində Liqa 1 təmsilçisini Azərbaycan paytaxtında çox çətin görüş gözlədiyini bildirib.
"Mən çox ümidliyəm. Klubuma inanıram. Hər zaman deyirdim ki, "Qarabağ" ən yaxşı formadadır. Şükürlər olsun ki, “Budyo-Qlimt”lə son oyunda bunu sübut etdik. Avropa Liqasında pley-off mərhələsinə yüksəlmək üçün hələ də şansımız var”,-deyə o, vurğulayıb.
Qeyd edək ki, “Qarabağ” – “Lion” oyunu noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.