logo

Tramp Ukraynanı taleyin ümidinə buraxmayacaq-“Politico”

12:12 13-11-2024 | icon 1281
Tramp Ukraynanı taleyin ümidinə buraxmayacaq-“Politico”

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynanı taleyin ümidinə buraxmaq fikrində deyil.

YeniAvropa xəbər verir ki, bu barədə “Politico” nəşri Tramp administrasiyasının sabiq məmuruna istinadla yazıb. Mənbənin məlumatına görə, Trampın Ukraynanı taleyin ümidinə buraxacağından narahat olanlar var, lakin “onun əsas prioriteti ədalətli sülh tapmağa çalışmaq olacaq”.

Xarici siyasət üzrə ekspert və “Yorktown Solutions” şirkətinin prezidentinin fikrincə, Ukrayna Trampın yeni administrasiyasında elan edilmiş milli təhlükəsizlik məmurlarına kifayət qədər müsbət yanaşır. Kiyevdə həyəcan təbili çalanlar isə bunu öz məqsədləri üçün edirlər.

Donald Tramp Pentaqonun rəhbəri postuna amerikalı teleaparıcı və keçmiş hərbçi Pit Heqseti təklif edib. O, ABŞ ordusunda, eləcə də Quantanamo həbsxanasında, Əfqanıstan və İraqda xidmət edib. “Heqset sərt və ağıllıdır, inanır ki, Amerika birinci olmalıdır”, - deyə Tramp bildirib.