logo

Xəzərdə 3,3 ballıq zəlzələ olub

09:19 13-11-2024 | icon 399
Xəzərdə 3,3 ballıq zəlzələ olub

Xəzər dənizində 3,3 maqnitudada zəlzələ olub.

YeniAvropa xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla saat 03:34-də qeydə alınıb.

Zəlzələ ocağı 75 kilometr dərinlikdə yerləşib.