Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
YeniAvropa xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və BMT-nin baş katibi Antonio Quterreş Sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladılar.
Qarşılanma mərasimindən sonra birgə foto çəkdirilib.
Prezident İlham Əliyev Liderlər Sammitinin açılış mərasimində nitq söyləyib.
Sonra BMT-nin baş katibi Antonio Quterreş və Malayziyanın paytaxtı Kuala Lumpur şəhərinin meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru xanım Maimuna Mohd Şərif çıxış ediblər.
Sammitdə NASA astronavtlarının beynəlxalq kosmik stansiyadan xüsusi videomüraciəti nümayiş olunub.
Daha sonra mədəni proqram təqdim edib.