logo

İƏT-in baş katibi Azərbaycana səfərə gəlib

11:11 12-11-2024 | icon 413
İƏT-in baş katibi Azərbaycana səfərə gəlib

Noyabrın 12-də İslam Əməkdaşlıq Təşkilatının(İƏT) baş katibi Hissein Brahim Taha BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

YeniAvropa xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda İƏT-in baş katibini elm və təhsil nazirinin müavini Həsən Həsənli və digər rəsmi şəxslər qarşılayıblar.