Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 12-də Azərbaycan Respublikasına səfərə gəlib.
YeniAvropa xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və digər rəsmi şəxslər qarşılayıblar.