ICESCO-nun baş direktoru Salim bin Məhəmməd Əl-Malik noyabrın 9-da BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
YeniAvropa xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.