logo

UEFA Avropa Liqası: “Qarabağ”- “Ayaks”: 0:3

22:44 24-10-2024 | icon 1610
UEFA Avropa Liqası: “Qarabağ”- “Ayaks”: 0:3

UEFA Avropa Liqasının əsas mərhələsinin üçüncü turunda Bakıda üz-üzə gələn “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasında matç yekunlaşıb.

YeniAvropa xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə bitib.

"Ayaks"ın qollarını Kennet Teylor, Vaut Veqhorst və Çuba Akpom vurublar.

"Qarabağ"ın heyətində 15-ci dəqiqədə Julio Romao və 79-cu dəqiqədə Elvin Cəfərquliyev qırmızı vərəqə alaraq meydandan qovulublar.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında növbəti oyununu noyabrın 7-də Norveçdə "Bodo Qlimt"ə qarşı keçirəcək.