Bakıdakı Neft Emalı Zavodunda baş vermiş yanğın söndürülüb.
YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Belə ki, paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş vermiş yanğınla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Əlavə məlumat veriləcək.