“Sumqayıt”dan ayrılan Samir Abasov “Neftçi”nin baş məşqçisi təyin olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
46 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Samir Abasov daha əvvəl 2020-ci ilin noyabrından 2022-ci ilin iyun ayınadək “Neftçi”də işləyib. O, 2020-2021-ci illərdə “ağ-qaralar” ilə Azərbaycan çempionu olub.