Bu gün Azərbaycanın daha dörd cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə"də mübarizəyə qoşulacaq.
YeniAvropa xəbər verir ki, Murad Fətiyev, Musa Hüseynli (hər ikisi 90 kq), İmran Yusifov və Uşanqi Kokauri (hər ikisi +100 kq) tatamiyə çıxacaq.
Qeyd edək ki,indiyədək "Böyük Dəbilqə"də idmançılarımızdan Zelim Tçkayev (81 kq) qızıl medal, Acelya Toprak (57 kq) isə bürünc medal qazanıblar. Yarışlar bu gün başa çatacaq.