logo

Əbu-Dabi “Böyük Dəbilqə"si: Cüdoçumuz qızıl görüşünə çıxacaq

17:17 12-10-2024 | icon 1204
Əbu-Dabi “Böyük Dəbilqə"si: Cüdoçumuz qızıl görüşünə çıxacaq

Azərbaycan cüdoçusu Zelim Tçkayev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində finala yüksəlib.

YeniAvropa xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Dimitri Qoçilaidzeyə ( Gürcüstan ) qalib gəlib. O, həlledici görüşdə Gürcüstanın digər təmsilçisi Zaur Dvalaşvili ilə qarşılaşacaq.

Eyni çəkidə çıxış edən Ömər Rəcəbli isə təsəlliverici qarşılaşmada məğlub olub.

73 kiloqramda Rəşid Məmmədəliyev bürünc medal uğrunda yaponiyalı Tatsuki İşihara ilə güləşəcək. Bu çəkidə çıxış edən digər cüdoçu Nəriman Mirzəyev isə turnirlə vidalaşıb.

Qeyd edək ki, turnirin ilk günündə Azərbaycanın qadın cüdoçusu Acelya Toprak (57 kiloqram) bürünc medal qazanıb. Oktyabrın 13-dək davam edəcək “Böyük Dəbilqə”də Azərbaycan 14 idmançı ilə təmsil olunur.