logo

Bakıda ahılları aldadaraq pullarını ələ keçirən daha iki nəfər saxlanılıb

12:32 08-10-2024 | icon 987
Bakıda ahılları aldadaraq pullarını ələ keçirən daha iki nəfər saxlanılıb

Yaşlı nəslin nümayəndələrinə ev telefonları vasitəsilə zəng edərək yaxın qohumlarının qəza törətməsi adı ilə onların pul vəsaitlərinin ələ keçirilməsi barədə daxil olan müraciətlər üzrə polis əməkdaşları tərəfindən zəruri tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, eyni üsulla dələduzluğa məruz qalan paytaxt sakini 79 yaşlı qadın bu barədə polisə müraciət edib. Zərərçəkən oktyabrın 5-də bacısının yol-nəqliyyat hadisəsi törətdiyi barədə telefonla ona xəbər verildiyini və 20 min manat istənildiyini bildirib. O, evinə gələn tanımadığı şəxslərə həmin məbləği verəndən bir qədər sonra isə aldadıldığını anlayaraq polisə məlumat verib.

Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində kuryer qismində həmin qanunsuz əməllərə cəlb olunan Bakı şəhər sakinləri M.Əsgərli və G.İsrafilov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar davam etdirilir.

DİN bir daha vətəndaşlara diqqətli olmağı, daxil olan zənglər üzrə onlara verilən məlumatları dəqiqləşdirməyi və tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməməyi, bu cür hallarla rastlaşdıqda isə dərhal nazirliyin “102” Xidməti Zəng Mərkəzinə məlumat vermələrini tövsiyə edir.