logo

Bakıda boks üzrə IBA Çempionlar Gecəsi keçiriləcək

17:47 26-09-2024 | icon 1330
Bakıda boks üzrə IBA Çempionlar Gecəsi keçiriləcək

Sentyabrın 28-də Bakıda boks üzrə IBA Çempionlar Gecəsi keçiriləcək.

YeniAvropa xəbər verir ki, turnirdə iştirak edəcək boksçuların bu gün çəki və üz-üzə mərasimi keçirilib. Tədbirdə yarış zamanı bir-biri ilə üz-üzə gələcək idmançıların səhnəyə dəvət olunması ilə başlayıb. Çəki və üz-üzə mərasimindən sonra boksçular tamaşaçılara təqdim olunublar.

Qeyd edək ki, Azərbaycan Boks Federasiyasının 100 illiyi çərçivəsində Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda dünyanın ən güclü boksçularının iştirakı ilə 8 döyüş baş tutacaq. Bu görüşlərin 4-də Azərbaycan idmançıları da təmsil olunacaq. 51 kiloqramda Avropa çempionu Nicat Hüseynov Con Zulueta (Filippin) ilə üz-üzə gələcək. Dünya çempionatının mükafatçıları Sərxan Əliyevlə (71 kiloqram) Məhəmməd Abdullayev (+92 kiloqram) müvafiq olaraq, Monx-Erdene Urançimeq (Monqolustan) və Kristian Salsedo (Kolumbiya) ilə qarşılaşacaq.

Çempionlar Gecəsində üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov (+92 kiloqram) da rinqə çıxacaq. Onun rəqibi qazaxıstanlı Nursultan Amanjolov olacaq.

Qeyd edək ki, IBA Çempionlar Gecəsi saat 18:00-da start götürəcək.