logo

14 cüdoçumuz Açıq Avropa turnirində iştirak edəcək

14:54 26-09-2024 | icon 1218
14 cüdoçumuz Açıq Avropa turnirində iştirak edəcək

Sentyabrın 28-29-da Çexiyanın paytaxtı Praqada Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Açıq Avropa turniri keçiriləcək.

YeniAvropa xəbər verir ki, 34 ölkədən 371 idmançının iştirak edəcəyi yarışda Azərbaycan cüdoçuları da mübarizə aparacaqlar. Ölkəmiz turnirdə kişilər arasında 6 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq.

Açıq Avropa turnirində Babarəhim Mirzəyev, Hüseyn Allahyarov, Rövşən Əliyev (hamısı 60 kiloqram), Elşən Əsədov, Mehdi Cəfərov, Rəşad Yelkiyev, Nazir Talıbov (hamısı 66 kiloqram), Rüfət Şövlətov, Nəriman Mirzəyev (hər ikisi 73 kiloqram), Musa Hüseynli, İbrahim Ağakişiyev (hər ikisi 90 kiloqram), Nihad Şıxəlizadə (100 kiloqram), Camal Qamzatxanov və İmran Yusifov (hər ikisi +100 kiloqram) qüvvəsini sınayacaqlar.

Cüdoçulara böyüklərdən ibarət yığmanın böyük məşqçisi Rüstəm Alimli rəhbərlik edəcək.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.