Bakıda Təhsilin İnkişafı Forumu keçiriləcək
Oktyabrın 8-də “Gülüstan” sarayında 300 nəfər dövlət və özəl sektor nümayəndəsinin iştirakı ilə “Tərəfdaşlıqdan tərəqqiyə” devizi ilə Təhsilin İnkişafı Forumu keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Forum Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə keçiriləcək. Tədbirin məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafı ilə yanaşı, birgə dialoq üçün uyğun platforma yaratmaq və prosesə hərtərəfli dəstək göstərməkdir. Forum ərzində 3 moderator və 21 spiker “Biliyi dəyərə çevirən sinerji”, “Tədqiqatdan inkişafa gedən yol”, “Gələcəyi gənclərə necə hazırlamalı?” panelləri üzrə müzakirələr aparacaqlar.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatoru olduğu “Biliyi dəyərə çevirən sinerji” panelində elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, SOCAR-ın prezidenti Rövşən Nəcəf spiker qismində, TÜBİTAK-ın prezidenti Orhan Aydın məruzəçi qismində təcrübələrini bölüşəcəklər.
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərovun moderatoru olduğu “Tədqiqatdan inkişafa gedən yol” panelində Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, “British Petroleum”un Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva, Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə spiker qismində və TÜBİTAK TEMEG-in İdarə Heyətinin üzvü, “Catalysade Technology Transfer and Innovation Inc” şirkətinin təsisçisi Sanem Yalçıntaş məruzəçi qismində vacib məsələlərə toxunacaqlar.
STP Şirkətlər Qrupunun insan resursları baş inzibatçısı Şölə Əliyevanın moderatoru olduğu “Gələcəyi gənclərə necə hazırlamalı?” panelində Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Milli Məclisin deputatı Fariz İsmayılzadə, Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov, “NEQSOL Holding”in Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə müzakirələrdə iştirak edəcəklər.
Forum Kapital Bank, STP Şirkətlər Qrupu, “Bestcomp Group” və “Veysəloğlu” Şirkətlər Qrupunun baş sponsorluğu, SOCAR, “British Petroleum” və “Lenovo”nun sponsorluğu ilə keçiriləcək.
Tədbir haqqında daha ətraflı məlumat Forumun rəsmi internet səhifəsində və sosial media hesablarında verilib.
Məzahir Pənahov Qazaxıstandakı refendumu şəffaf və demokratik adlandırıb
Buzovnada 47 yaçlı kişini öldürən yeniyetmə saxlanılıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Ukrayna Ordusu Rusiyanın atdığı 2 raket və 56 PUA-nı məhv edib
Sabah Bakıda 26° isti olacaq
Bu gün 2200-dən çox namizəd dövlət qulluğuna qəbul imtahanı verir
Qazaxıstanda referendum keçirilir
“Azərenerji”nin prezidentinə şiddətli töhmət verildi
Bu il ali məktəblərə daxil olan 102 tələbəyə Prezident təqaüdü verildi
İlham Əliyev deputat Sabir Hacıyevə “Şöhrət” ordeni verdi
Azərbaycan bu il İtaliyaya 9,6 milyard m3 qaz ixrac edəcək
Sabah Bakıda 26° isti olacaq
Zelenski “Ramştayn” görüşündə qələbə planını təqdim edəcək
Cəbrayıl şəhərindəki yaşayış kompleksi 712 mənzildən ibarətdir
Milli Məclisin üzvləri Qazaxıstandakı referendumu müşahidə edəcəklər
Belaruslu baş məşqçi “Neftçi”nin təklifini rədd edib
Parlamentdə bir sıra məhkəmələrə hakimlərin təyinatına baxılacaq
Azərbaycan nefti 81,47 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Həndbol komandalarımız Avropa Kubokunda mübarizəyə başlayır
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Gələn ildən “Azəripək”də pambıq parça da istehsal olunacaq
Avropa İttifaqı Gürcüstan rəhbərliyi ilə görüşləri dayandırıb
Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalanıb