logo

18 taekvondoçumuz Koreyaya dünya çempionatına yollanacaq

11:11 26-09-2024 | icon 1155
18 taekvondoçumuz Koreyaya dünya çempionatına yollanacaq

Koreyanın Çunçeon şəhərində keçiriləcək gənclər arasında dünya çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub.

Azərbaycan Taekvondo Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, ölkəmizi yarışda 18 idmançı təmsil edəcək.

Oğlanlardan ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçisi Zahid Məmmədov mundialda İlyas Hətəmli (45 kiloqram), Məhəmməd Həsənli (48 kiloqram), Harun Salmanzadə (51 kiloqram), Fuad Məhərrəmli (55 kiloqram), Ziya Həsənli (59 kiloqram), Vasif Səlimov (63 kiloqram), Yunis Hüseynov (68 kiloqram), Hüseyn Xudiyev (73 kiloqram), Elcan Əliyev (78 kiloqram) və Allahverdi Məmmədova (+78 kiloqram) şans verəcək.

Qızlardan ibarət millinin baş məşqçisi Sun Mi Parkla böyük məşqçi Seul Bi Li isə dünya çempionatında Gülü Zamanlı (42 kiloqram), Xuraman Cavadzadə (44 kiloqram), Nilufər Borji (49 kiloqram), Seyidxanım Məmmədova (52 kiloqram), Sehri Cəlalova (55 kiloqram), Fatimə Həsənova (59 kiloqram), Nərgiz Kazımova (63 kiloqram) və Bahar İbrahimovanı (68 kiloqram) sınayacaq.

Komandaya rəhbərliyi Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev edəcək.

Turnirdə ədalət təmsilçiləri arasında beynəlxalq dərəcəli hakimimiz Aygül Abdullayeva da yer alacaq.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 1-6-da keçiriləcək. Yığma bu gün yarış üçün Çunçeon şəhərinə yola düşüb.