logo

Dünya çempionu 31 yaşında futbol karyerasını başa vurub

14:14 25-09-2024 | icon 1148
Dünya çempionu 31 yaşında futbol karyerasını başa vurub

Fransa millisinin və İtaliyanın “Komo” klubunun müdafiəçisi Rafael Varan peşəkar karyerasını başa vurub.

YeniAvropa xəbər verir ki, ulduz oyunçu 31 yaşında futbolla vidalaşıb. O, qərarını sosial şəbəkə hesabında açıqlayıb.

Varan bu addımı zədə səbəbindən atdığını bildirib.

Qeyd edək ki, Rafael Varan İspaniyanin “Real Madrid” və İngiltərənin “Mançester Yunayted” komandalarının da şərəfini qoruyub. O, 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olub.