Ermənistanın sülhlə bağlı təkliflərə 70 gün ərzində cavab verməsi suallar doğurur
Ermənistan tərəfi əgər sülh müqaviləsinin irəli aparılmasında ciddidirsə və bu məsələdə həqiqətən maraqlıdırsa təkliflərə 70 gün ərzində cavab verməsi özlüyündə müəyyən suallar doğurur. Yəni, sülh müqaviləsinin əksər bəndləri üzrə tərəflər arasında müəyyən razılıqlar vardır, amma hələ də aparılmalı olan işlər göz qarşısındadır. Bu, ilk növbədə, Ermənistanın Konstitusiyası ilə əlaqədar olan məsələlərdir.
YeniAvropa AzTV-yə istinadla xəbər verir ki, bu sözləri prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib.
“Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Ermənistanın Konstitusiyasında və digər normativ hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarına tam şəkildə son qoyulmalıdır. Ermənistanın Konstitusiyasına dəyişikliyi məsələsi onun daxili işi sayılsa da, orada Azərbaycana qarşı ərazi iddialarının olması, təbii ki, Azərbaycanı narahat edən bir məqamdır”, - deyə Hikmət Hacıyev vurğulayıb.
Sülh müqavilələrinin hər hansı bir hökumətlə deyil, xalqla imzalandığını da diqqətə çatdıran prezidentin köməkçisi əlavə edib: “Bizim də gözləntimiz ondan ibarətdir ki, sülh müqaviləsinə nail olunması üçün Ermənistan Konstitusiyasında edilməli olan dəyişikliklər referendum yolu ilə həyata keçirilməlidir. Erməni xalqı da nəhayət ki, öz mövqeyini bildirərək məlum Miatsum, yəni, Qarabağı Ermənistanla birləşdirmək kimi utopik iddialarına, bütün ərazi iddialarına, irtica siyasətinə son qoyulduğunu və Azərbaycanla sülh şəraitində yaşamaq niyyətini konstitusion əsasda ifadə etməlidir və ümumxalq referendumunda öz mövqeyini bildirməlidir. Hesab edirik ki, bundan sonra proses irəliyə doğru daha sürətlə gedə bilər”.
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib
Ərdoğandan dünya müharibəsi ehtimalı ilə bağlı xəbərdarlıq
Fransa səfiri Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb
UEFA Avropa Liqası:“Qarabağ”-“Lion” matçına 13 min bilet satılıb
Azərbaycanın neftin qiyməti azalanda ehtiyat tədbiri var