Bakıdai təhlükəsizlik forumu keçirilib
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə 50-yə yaxın ölkənin xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirak etdiyi “Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda II Bakı Təhlükəsizlik Forumu keçirilib.
DTX-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlcə tədbirdə Azərbaycan prezidenti İlham Əliyevin forumun iştirakçılarına müraciəti səsləndirilib, konfransın mövzusunu əhatə edən videomaterial təqdim olunub.
Tədbirdə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev qonaqları salamladıqdan sonra ötən ilin may ayında keçirilmiş və bu il yenidən təşkil olunan Bakı Təhlükəsizlik Forumunun tərəfdaş qurumlar arasında məlumat mübadiləsinin və qarşılıqlı əlaqənin digər sahələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Xidmət rəisi Əli Nağıyev, həmçinin beynəlxalq terrorçuluqla və bütövlükdə təhlükəsizlik sisteminə təhdid hesab olunan hallarla mübarizədə xüsusi xidmət orqanlarının fəaliyyətinin koordinasiyalı şəkildə təmin edilməsinin vacibliyini qeyd etməklə, tədbirin ümumi maraq kəsb edən məsələlər ətrafında ölkələrin təhlükəsizlik strukturlarının müzakirə aparmaları üçün önəmli platforma olduğunu nəzərə çatdırıb.
Xidmət rəisi builki forumun COP29 ərəfəsində keçirilməsinin təsadüfi olmadığına diqqət çəkərək, enerji resurslarının daşınmasında istifadə olunan nəqliyyat xətlərini hədəf alan terror-təxribat aktlarının qlobal xarakterli iqtisadi və ekoloji fəlakətlərə səbəb ola biləcəyindən və bu xüsusda birgə səylərin daha da gücləndirilməsinin və ümumi fəaliyyətin səmərəliliyinin artırılmasının zəruriliyindən danışıb.
General-polkovnik Əli Nağıyev Azərbaycan prezidenti İlham Əliyevin beynəlxalq aləmdə aktual olan məsələlərə dair tədbirlərin respublikamızda təşkil olunmasına davamlı siyasi dəstək verdiyini vurğulayaraq, bu konfransın qlobal nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin üzləşdiyi risklərlə mübarizədə ortaq yanaşmaların formalaşdırılmasına və fəaliyyət strategiyasının təkmilləşdirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Daha sonra tədbir xarici xüsusi xidmət orqanlarının nümayəndə heyəti rəhbərlərinin mövzu ilə əlaqədar çıxışları ilə öz işini davam etdirib, sonda Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakı Təhlükəsizlik Forumunun Bakıda daimi əsasda fəaliyyət göstərəcək Katibliyinin yaradılmasının iştirakçı ölkələr tərəfindən yekdilliklə dəstəkləndiyi bildirilib.
Rumıniya indiyədək 10 milyondan çox ukraynalı qaçqını qəbul edib
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi MAXE qəbulu elan edib
Türk Dövlətlərinin Kardioloji Cəmiyyəti yaradılacaq
İlham Əliyev Rusiyaya səfərə gedib
Baş məşqçi cüdoçularımızın dünya çempionatındakı çıxışından təəssüflənir
Paytaxtda qazanxanadakı partlayışda 2 nəfər xəsarət alıb
Azərbaycan MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında təmsil olunub
Sabah Bakıda 28° isti olacaq
Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib
AZAL "COP29"a görə ölkəyə gələnlərə 10% endirim təklif edir
Türkiyədə “Kızılelma” pilotsuz hərbi təyyarənin kütləvi istehsalına başlanılıb
Cari ildə “Şahdəniz”dən 3,2 dəfə az gəlir əldə edilib
Parlament seçkisi öncəsi Gürcüstan-ABŞ gərginliyi davam edir
9 ayda “Azəri-Çıraq-Günəşli”nin gəlirləri 630,2 milyon $ azalıb
“Neftçi”nin baş məşqçi ilə 2 illik müqaviləsi cəmi 4 ay çəkdi
Kliniki Tibbi Mərkəzin 110-cu ildönümü qeyd edilib
"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Bu gündən “Nobel həftəsi” başlayır
Məzahir Pənahov Qazaxıstandakı refendumu şəffaf və demokratik adlandırıb
Buzovnada 47 yaçlı kişini öldürən yeniyetmə saxlanılıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Ukrayna Ordusu Rusiyanın atdığı 2 raket və 56 PUA-nı məhv edib