Azərbaycan səfiri etimadnaməsini Nepal prezidentinə təqdim edib
Azərbaycan Respublikasının Nepala yeni təyin olunmuş qeyri-rezident səfiri Elçin Hüseynli etimadnaməsini bu ölkənin prezidenti Ramçandra Paudelə təqdim edib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Nepaldakı səfirliyi məlumat yayıb.
Rəsmi təqdimetmə mərasimindən sonra səfiri qəbul edən prezident Paudel təyinatı münasibətilə onu təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. O, ölkələrimiz arasında beynəlxalq təşkilatlarda uğurla həyata keçirilən qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirib. Hər iki ölkənin sülhpərvərlik və bitərəflik ideyalarına sadiq olduğunu, bu xüsusda Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinə Nepalın dəstək göstərdiyi qeyd edilib. O, ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələrinin daha da inkişafında maraqlı olduğunu bildirib.
Səfir E.Hüseynli Azərbaycan prezidenti İlham Əliyevin səmimi salamlarını prezident Ramçandra Paudelə çatdırıb. Minnətdarlığını bildirən Nepalın dövlət başçısı öz növbəsində onun səmimi salamlarını həmkarına çatdırmağı xahiş edib.
Səfir gələn il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcək Azərbaycan və Nepal arasında ikitərəfli müstəvidə son illərdə irəliləyişlərin baş verdiyini bildirib, bir çox sahələrdə əməkdaşlıq üçün mövcud potensialdan tam şəkildə istifadə olunacağına ümid ifadə edib.
Səfir Azərbaycanın həm ikitərəfli əsasda, həm də 2019-2023-cü illərdə sədrlik etdiyi Qoşulmama Hərəkatı çərçivəsində Nepal və digər az inkişaf etmiş ölkələrə yardımlar göstərdiyini, onların üzləşdiyi təhdidləri önə çəkərək cavab tədbirləri üzrə konkret addımlar atdığını qeyd edib. O, bu yanaşmanın COP29-un ev sahibi kimi ölkəmiz tərəfindən davam etdirildiyini vurğulayıb.
Bu kontekstdə, səfir Nepal prezidentinin Azərbaycan prezidentinin dəvəti əsasında COP29 çərçivəsində İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak məqsədilə Bakıya səfər edəcəyinə, ölkəsinin Azərbaycanın iqlim dəyişikliyi üzrə fəaliyyət və təşəbbüslərini dəstəkləyəcəyinə ümidvar olduğunu bildirib.
Cavab olaraq prezident Paudel COP29-un ev sahibi kimi Azərbaycanın göstərdiyi səyləri yüksək qiymətləndirərək, Nepalın İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində təmsil olunacağını diqqətə çatdırıb.
Rumıniya indiyədək 10 milyondan çox ukraynalı qaçqını qəbul edib
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi MAXE qəbulu elan edib
Türk Dövlətlərinin Kardioloji Cəmiyyəti yaradılacaq
İlham Əliyev Rusiyaya səfərə gedib
Baş məşqçi cüdoçularımızın dünya çempionatındakı çıxışından təəssüflənir
Paytaxtda qazanxanadakı partlayışda 2 nəfər xəsarət alıb
Azərbaycan MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında təmsil olunub
Sabah Bakıda 28° isti olacaq
Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib
AZAL "COP29"a görə ölkəyə gələnlərə 10% endirim təklif edir
Türkiyədə “Kızılelma” pilotsuz hərbi təyyarənin kütləvi istehsalına başlanılıb
Cari ildə “Şahdəniz”dən 3,2 dəfə az gəlir əldə edilib
Parlament seçkisi öncəsi Gürcüstan-ABŞ gərginliyi davam edir
9 ayda “Azəri-Çıraq-Günəşli”nin gəlirləri 630,2 milyon $ azalıb
“Neftçi”nin baş məşqçi ilə 2 illik müqaviləsi cəmi 4 ay çəkdi
Kliniki Tibbi Mərkəzin 110-cu ildönümü qeyd edilib
"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Bu gündən “Nobel həftəsi” başlayır
Məzahir Pənahov Qazaxıstandakı refendumu şəffaf və demokratik adlandırıb
Buzovnada 47 yaçlı kişini öldürən yeniyetmə saxlanılıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Ukrayna Ordusu Rusiyanın atdığı 2 raket və 56 PUA-nı məhv edib