logo

Yeni tədris ilində 1 milyon 620 mindək şagird təhsil alacaq

16:16 16-09-2024 | icon 574
Yeni tədris ilində 1 milyon 620 mindək şagird təhsil alacaq

2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində 1 milyon 619 min 335 şagird təhsil alacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

“Yeni tədris ilində 132 min 931 nəfər birinci sinif şagirdidir. Məktəbəhazırlıq qruplarında isə 90 min 672 uşaq təhsil alacaq”, - deyə məlumatda qeyd olunub.