logo

Paytaxtdakı 7B nömrəli avtobusun marşrutu dəyişdirilib

14:44 16-09-2024 | icon 665
Paytaxtdakı 7B nömrəli avtobusun marşrutu dəyişdirilib

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Yeni Yasamal yaşayış sahəsi ilə əlaqələndirən 7B nömrəli avtobus marşrutunun hərəkət sxemində dəyişiklik edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən YeniAvropa-ya bildirilib ki, sakinlərin ictimai nəqliyyata olan tələbatının və şəhərin digər istiqamətlərinə gedişlərinin təmin edilməsi məqsədilə 7B nömrəli avtobusların hərəkəti MİDA Yasamal Yaşayış Kompleksinə təşkil olunub.