Azərbaycanda yeni tədris ili başlayıb
Sentyabrın 16-dan Azərbaycanda 2024-2025-ci tədris ili başlanır.
YeniAvropa xəbər verir ki, yeni tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.
2024-2025-ci tədris ilində respublika üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub.
Yeni tədris ilində Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 513 min 698 şagird təhsil alacaq. Həmin məktəblərin I sinfində 46 min 98, IX sinfində 44 min 233, X sinfində 35 min 757 , XI sinfində 32 min 260, XII sinfində 156 şagird təhsil alacaq.
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəslərinə 45 min 201 uşaq, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 29 min 216 beşyaşlı cəlb olunub.
2024-2025-ci tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 29 min 400 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4830 tərbiyəçi-müəllim çalışacaq.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 698 təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 342-si məktəbəqədər təhsil müəssisəsi, 327-si ümumi təhsil, 3-ü xüsusi tipli ümumi orta məktəb, 5-i əyani-qiyabi axşam məktəbi, 12-si internat tipli müəssisə, 9-u isə məktəbdənkənar müəssisədir.
Yeni tədris ilində Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur.
2024-2025-ci tədris ilində ali təhsil pilləsində Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti qapılarını ilk dəfə tələbələrin üzünə açır.
Bu gün Azərbaycanda dövlətin elm və təhsil sahəsində siyasətinin və strategiyasının əsas prinsipləri müəyyən olunmuş şəkildə, eyni zamanda, müasir tələblərə uyğun həyata keçirilir.
Təhsilin davamlı və sistemli inkişafının təmini, elmi fəaliyyətin institusional sisteminin və maliyyələşdirilmə mexanizmlərinin dünya standartlarına uyğunlaşdırılması, cəmiyyət həyatının bütün istiqamətlər üzrə inkişafında elmi potensialdan səmərəli istifadənin təmin edilməsi, elmin maddi-texniki bazasının və infrastrukturunun modernləşdirilməsi və s. elm sahəsində dövlət siyasətinin əsas məqsədləridir.
Sahibə Qafarova Tacikistana işgüzar səfərə gedib
Dünya çempionatı: Azərbaycan millisi bürünc medal üçün oynayacaq
Sabah Bakıda 24° isti olacaq
Laçında Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir
Rafael Nadal karyerasını bitirəcək
COP29 çərçivəsində İnsan İnkişafı Günü keçiriləcək
Dövlət sərhədini pozmağa cəhd göstərən 6 nəfər saxlanılıb
Paris Sazişinin 6-cı maddəsi üzrə işləri tamamlamaq istədir
AFFA-nın vitse-prezidenti UEFA-dan təyinat alıb
Bakıda “INMerge İnnovasiya Sammiti” keçirilir
3 günlük güclü geomaqnit qasırğası başlanır
Azərbaycan nefti 79,02 dollara satılır
Bakıda "Pre-COP29" tədbiri işə başlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb
Gəncədə "Jiquli" 90 yaşlı piyadanı vuraraq öldürüb
“Azercell” COP29 ərəfəsində “Turist” tariflərini yeniləyib
İlham Əliyev BMT baş katibinin birinci müavinini qəbul edib
Laçın və Şuşada əmək yarmarkaları keçiriləcək
13 boksçumuz Avropa çempionatına yollanır
İlham Əliyev ABŞ prezidentinin baş müşavirini qəbul edib
Dünya çempionatı:Minifutbol millisimiz "pley-off"a vəsiqə qazanıb
“TOST” dələduzluq piramidasına qarşı əməliyyat keçirilib
İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim nazirini qəbul edib
Gürcüstanın Konstitusiya Məhkəməsi prezidentə "yox" dedi
Sabah Bakıda qısamüddətli yağış yağacaq,26° isti olacaq