Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan YeniAvropa-ya bildirilib ki, Yevlax sakini Murad Əmiraslanov qeyri-rəsmi nikahda olduğu Gəncə sakini, 18 yaşlı Aygün Əmiraslanovaya mübahisə zəminində çoxsaylı bıçaq zərbələri endirib.
Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Murad Əmiraslanov polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.