İlham Əliyev “Vista Equity Partners” şirkətinin rəhbərini qəbul edib
Prezident İlham Əliyev sentyabrın 13-də texnologiya sektorunda alternativ investisiyaların idarə edilməsi üzrə fəaliyyət göstərən ən nüfuzlu investisiya şirkətlərindən biri olan “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktoru Robert Smiti qəbul edib.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun dünyanın qabaqcıl maliyyə qurumlarından biri olan “Vista Equity Partners” şirkəti ilə uğurlu əməkdaşlığını müsbət qiymətləndirərək, tərəfdaşlığın inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu bildirib. Dövlət Neft Fondunun fəaliyyətinin daim genişləndiyini qeyd edən prezident Fondun aktivlərinin qeyri-sabit maliyyə bazarları mühitində də artdığını vurğulayıb.
Robert Smit Azərbaycanın investisiya potensialını yüksək qiymətləndirdiyini deyərək, ölkəmizlə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib. Qonaq Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uzunmüddətli və uğurlu əməkdaşlıqdan məmnunluğunu bildirərək, bu əməkdaşlığın rəhbərlik etdiyi şirkət üçün böyük önəm daşıdığını deyib və gələcəkdə mövcud münasibətlərin daha da möhkəmlənəcəyinə inamını ifadə edib.
Qeyd edək ki, 2000-ci ildə ABŞ-da təsis olunmuş və mərkəzi ofisi Texas ştatının Ostin şəhərində yerləşən “Vista Equity Partners” şirkətinin, həmçinin Nyu-York, San-Fransisko, Çikaqo və Çin Xalq Respublikasının Honkonq şəhərində ofisləri mövcuddur. Şirkətin özəl səhmlər və özəl kredit fondlarında idarə etdiyi aktivlərin toplam dəyəri 100 milyard ABŞ dolları təşkil edir. “Vista Equity Partners” 24 illik tarixi ərzində 275 milyard dollar dəyərində 585-dən çox investisiya layihəsi həyata keçirib.
Rumıniya indiyədək 10 milyondan çox ukraynalı qaçqını qəbul edib
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi MAXE qəbulu elan edib
Türk Dövlətlərinin Kardioloji Cəmiyyəti yaradılacaq
İlham Əliyev Rusiyaya səfərə gedib
Baş məşqçi cüdoçularımızın dünya çempionatındakı çıxışından təəssüflənir
Paytaxtda qazanxanadakı partlayışda 2 nəfər xəsarət alıb
Azərbaycan MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında təmsil olunub
Sabah Bakıda 28° isti olacaq
Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib
AZAL "COP29"a görə ölkəyə gələnlərə 10% endirim təklif edir
Türkiyədə “Kızılelma” pilotsuz hərbi təyyarənin kütləvi istehsalına başlanılıb
Cari ildə “Şahdəniz”dən 3,2 dəfə az gəlir əldə edilib
Parlament seçkisi öncəsi Gürcüstan-ABŞ gərginliyi davam edir
9 ayda “Azəri-Çıraq-Günəşli”nin gəlirləri 630,2 milyon $ azalıb
“Neftçi”nin baş məşqçi ilə 2 illik müqaviləsi cəmi 4 ay çəkdi
Kliniki Tibbi Mərkəzin 110-cu ildönümü qeyd edilib
"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Bu gündən “Nobel həftəsi” başlayır
Məzahir Pənahov Qazaxıstandakı refendumu şəffaf və demokratik adlandırıb
Buzovnada 47 yaçlı kişini öldürən yeniyetmə saxlanılıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Ukrayna Ordusu Rusiyanın atdığı 2 raket və 56 PUA-nı məhv edib