logo

Milli prioritetlərdən biri ekoloji problemlərin həllidir-Aygün Əliyeva

12:12 12-09-2024 | icon 1848
Milli prioritetlərdən biri ekoloji problemlərin həllidir-Aygün Əliyeva

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri də ekoloji problemlərin həll edilməsi məsələsidir. Bu istiqamətdə təbiətimizin tullantılardan azad olunması xüsusi önəm kəsb edir.

YeniAvropa xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Tullantılar haqqında Qanunun icra vəziyyətinə dair ictimai müzakirələr zamanı deyib.

İcraçı direktor bildirib ki, uzun illər Qarabağda, Şərqi Zəngəzurda Ermənistanın işğalı nəticəsində törədilən ekosid narahatlıq doğurur. Son zamanlar vətəndaşlar tərəfindən həmin bölgələrdə təbiətin çirkləndirilməsi, tullantıların yerə atılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılır.

İctimai qınağın vacibliyinə diqqət çəkən A.Əliyeva bu işdə QHT-nin fəal olmasının önəminə toxunub. İcraçı direktor tullantıların idarə edilməsi ilə bağlı videoçarxların televiziya kanallarında nümayiş etdirilməsi məsələsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi göstərməyə hazır olduğunu qeyd edərək vurğulayıb ki, bu videoçarxların səviyyəsi standartlara cavab verməlidir.