Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu illik sessiyasına(COP29) hazırlıqla bağlı görülən işlərlə tanış olub.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına "COP29" məkanının tədbirə hazırlıq vəziyyətinə gətirilməsi barədə məruzə edib.
Ümumilikdə bu tədbirlə bağlı stadionun 49 hektarlıq perimetrində Mavi Zona üzrə aparılan tikinti işləri, məkanların dizaynı, qonaqlar üçün müxtəlif xidmətlərin təşkili, paytaxtda nəqliyyat əməliyyatlarının hazırlığı, qonaqların yerləşdirilməsi prosesi və digər işlər barədə məlumat verilib. Həmçinin 8 hektar ərazidə Yaşıl Zona ilə bağlı görülən işlər məruzə edilib.
Qeyd olunub ki, ölkəmizdə "COP29"un yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görülür, lazımi infrastruktur yaradılır.
Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verib.