logo

Paytaxtda 113 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb

12:32 09-09-2024 | icon 931
Paytaxtda 113 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb

Müxtəlif vaxtlarda 5 nəfərin 80 min, 20 min, 8 min, 2 min və 3 min 500 manat olmaqla, ümumilikdə, 113 min 500 manat pullarının aldadılaraq alınması, bir nəfərin isə onu aldadan şəxsin hesabına 2000 manat ödətdirməsi barədə polisə məlumatlar daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, paytaxtın Xəzər, Nəsimi, Nizami və Yasamal rayonlarında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən S.Şirinov, A.Zeynalov, C.Hacıyev və S.Mənsimov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.