logo

Bakıda “Hüquq və iqlim” adlı beynəlxalq konfrans keçirilir

10:30 06-09-2024 | icon 1155
Bakıda “Hüquq və iqlim” adlı beynəlxalq konfrans keçirilir

Bakıda Azərbaycan Hakimlər İttifaqı və Ali Məhkəmənin birgə təşkilatçılığı ilə “Hüquq və iqlim” (Law and climate) adlı beynəlxalq konfrans keçirilir. 

YeniAvropa xəbər verir ki, tədbirin açılışında Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev, COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Beynəlxalq Hakimlər İttifaqının (IA) prezidenti Duro Sessa, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Türkiyənin Konstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcı, Vəkillər Kollegiyasının sədri Anar Bağırov və digər şəxslər çıxış ediblər.

İki sessiyadan ibarət olan konfransda “İqlim dəyişikliyi ilə beynəlxalq hüquqi baza: BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası və Paris Sazişinin əsas tələbləri”, “İqlim Dəyişikliyi üzrə məhkəmə mübahisələri: beynəlxalq və milli müstəvidə mövcud olan tendensiyalar və uğurlu nümunələr”, “İqlim dəyişikliyi və ekoloji cinayətlər, qlobal tələblər və müasir çağırışlar”, “Azərbaycanın ev sahibliyi etdiyi COP29 üzrə planlar və gözləntilər”, “Beynəlxalq Hakimlər İttifaqının ətraf mühitin hüququ sahəsində rolu” və s. mövzularda çıxışlar dinləniləcək.