logo

Ələt-Astara avtomobil yolu 2 aylığa hissə-hissə təmirə bağlanacaq

13:53 05-09-2024 | icon 1379
Ələt-Astara avtomobil yolu 2 aylığa hissə-hissə təmirə bağlanacaq

"M-3"- Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun 11,3-cü kilometrində (Xıdırlı ərazisi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar sentyabrın 6-dan başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkətinin qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardan keçmə yolu ilə təşkil ediləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.