logo

Agentlik bir sıra QHT-ləri qanunsuz fəaliyyətdən çəkinməyə çağırdı

10:50 05-09-2024 | icon 2184
Agentlik bir sıra QHT-ləri qanunsuz fəaliyyətdən çəkinməyə çağırdı

Son zamanlar bir sıra QHT-lərin özlərindən orden və medallar təsis etməsi və müxtəlif şəxslərə, xüsusilə şəhid ailələrinin üzvlərinə, o cümlədən vəzifəli şəxslərə, dövlət məmurlarına bu orden və medalların verilməsi müşahidə edilir.

YeniAvropa xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bəyanatında qeyd olunur.

Bəyanatda, həmçinin bildirilir: “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, orden və medal - vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. Bu Qanundan başqa digər normativ-hüquqi aktlarda orden və medallar (o cümlədən “orden” və ya “medal” ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz.

İctimaiyyəti diqqətli olmağa çağırır, bu cür əməllərlə məşğul olan QHT-ləri qanunla qadağan olunan fəaliyyətdən çəkinməyə, məsələnin hüquqi məsuliyyətini dərk etməyə dəvət edirik”.