Sentyabrın 5-i saat 06:00-dan etibarən Bakı şəhərinin Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində Əsəd Əhmədov küçəsindən Heydər Hüseynov küçəsinə qədər olan hissədə (“Qələbə dairəsi”ndən 20 Yanvar dairəsi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.