Bakıxanovda su xəttində təmir işləri aparılacaq.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən YeniAvropa-ya bildirilib ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məmmədhəsən Hacınski küçəsi 3 ünvanında yerləşən qazanxananın giriş xəttinin üzərində quraşdırılmış siyirtmənin dəyişdirilməsi işi aparılacaq.
Təmir işi ilə əlaqədar sentyabrın 6-da, saat 10:00-dan 16:00-a qədər Bakıxanov qəsəbəsinin bir hissəsində içməli suyun verilməsində fasilə yaranacaq.