Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın bir təmsilçisi mübarizəyə qoşulacaq.
YeniAvropa xəbər verir ki, T13 kateqoriyasında çıxış edən paraatlet Lamiyə Vəliyeva qüvvəsini sınayacaq.
“Tokio-2020” Yay Paralimpiya Oyunlarının qızıl və gümüş mükafatçısı 100 metr məsafəyə qaçışda finişə hamıdan tez çatmağa çalışacaq. Yarışın təsnifat mərhələsi Bakı vaxtı ilə saat 13:04-da start götürəcək.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 2 qızıl, 1 gümüş və 1 bürünc medal var.