ABŞ oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri öncəsi vəziyyətdən son dərəcə narazıdır və ölkədə “rəngli inqilab” hazırlayır.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
Bildirilib ki, seçki günü Tiflisdəki mərkəzi meydanda səsvermə zamanı “saxtakarlıq sübutları”nın dərc edilməsi, seçkilərin nəticələrinin tanınmamasının elan edilməsi, eləcə də hakimiyyət dəyişikliyini tələb etmək planlaşdırılır.
Məlumatda həmçinin, qeyd edilib ki, ABŞ hakim “Gürcü arzusu”nun seçki mövqeyini mümkün qədər zəiflətmək üçün ölkə hakimiyyətinə təzyiqləri ciddi şəkildə artırmağı planlaşdırırb.