logo

İsraildə 48 saatlıq fövqəladə vəziyyət elan edilib

09:49 25-08-2024 | icon 2653
İsraildə 48 saatlıq fövqəladə vəziyyət elan edilib

Livana qarşı başladılan əks hücumdan və “Hizbullah”ın komandirlərindən Fuad Şükürə sui-qəsddən sonra İsraildə fövqəladə vəziyyət elan edilib.

YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Gallant açıqlamasında daxil cəbhədəki vəziyyətlə əlaqədar fövqəladə vəziyyət elan edildiyini deyib. Fövqəladə vəziyyətin 48 saat qüvvədə olacağı bildirilib.

“Hizbullah”la son toqquşmalara görə İsrailin şimal bölgələri ilə yanaşı, Təl-Əvivdə də bəzi məhdudiyyətlər tətbiq olunub. Belə ki, açıq yerlərdə 30, qapalı yerlərdə isə 300-dən çox adamın toplaşmasına qadağa qoyulub. Həmçinin Livan sərhədinə yaxın çimərliklərin fəaliyyəti dayandırılıb.