Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” ilkin mərhələdə sonuncu oyununa çıxıb.
YeniAvropa xəbər verir ki, H qrupunda yer alan ölkə çempionu İsveçin “Uddevalla” kollektivi ilə qarşılaşıb.
Udevalla şəhərində yerləşən “Agnebergshallen” zalında keçirilən görüş meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da qrupu 9 xalla birinci pillədə tamamlayan “Uddevalla” əsas mərhələyə yüksəlib. Vitali Borisovun baş məşqçisi olduğu kollektiv isə 6 xalla ikinci yeri tutaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” ilk iki turda müvafiq olaraq “Sparta Belfast”ı (Şimali İrlandiya) 7:1, “Sillamae Silla”nı (Estoniya) isə 7:0 hesabı ilə məğlub edib.