logo

NATO Rumıniyadakı bazasının sahəsi 4 dəfə genişlənəcək

16:12 15-08-2024 | icon 1701
NATO Rumıniyadakı bazasının sahəsi 4 dəfə genişlənəcək

NATO-nun Rumıniyadakı hərbi bazasının ərazisi modernləşdirmə işlərindən sonra dörd dəfə genişlənəcək.

YeniAvropa xəbər verir ki, bu barədə “Le Monde” qəzeti Rumıniya hərbçilərinə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, bazanın böyüdülməsinə əlavə uçuş-enmə zolağı, həmçinin təyyarələrin hərəkəti və parklanması üçün geniş yer daxildir. Bundan əlavə, bazada anqarlar, anbarlar, yeni idarəetmə qülləsi tikiləcək, xəstəxana və məktəbləri olan “bütöv şəhər” salınacaq . NATO əsgərləri və onların ailələri bu şəhərcikdə daha uzun müddət yaşaya biləcəklər.

Qəzet yazır ki, Rumıniyadakı baza “Rusiya təhlükəsi” qarşısında alyansın şərq cinahında “ən strateji əhəmiyyətli obyektlərdən” birinə çevrilib. Oradan xüsusən Qara dənizə nəzarət edilir.

Mediada yayılan məlumatlara əsasən, bazada ailələri və yardımçı heyətlə birlikdə 10 min NATO əsgəri yerləşəcək. Tikintisinin 2040-cı ilə qədər tamamlanması gözlənilən bu kompleks NATO-nun Avropadakı ən böyük hərbi bazası ola bilər.