Əminəm ki, “Qarabağ” daha böyük zirvələri fəth edəcək-Tahir Gözəl
Biz bir daha sübut etdik ki, birlikdə hər zaman uğura imza atmaq mümkündür.
YeniAvropa xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanda “Ludoqorets”i 7:2 hesabı ilə məğlub etdikləri oyundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
O, Ağdam təmsilçisinin uğurlarının davamlı olacağına inamını vurğulayaraq, hər kəsi bu möhtəşəm qələbə münasibətilə təbrik edib: “Bu oyun hamımız üçün çox həyəcanlı, gərgin keçdi. Amma başda Qurban Qurbanov olmaqla, futbolçularımızın göstərdiyi əzm və fədakarlıq sayəsində bu çətin sınaqdan da üzüağ, başımız dik çıxdıq. Biz bu oyunda sonadək mübarizə aparmağın nə qədər önəmli olduğunu gördük, yeni, maraqlı təcrübə qazandıq. Komandamızın meydanda keçirdiyi 120 dəqiqə və xüsusilə matçın əlavə olunmuş 30 dəqiqəsində göstərdiyi oyun - bunu yalnız yüksək səviyyədə fiziki hazırlığı, möhkəm iradəsi və böyük ruh yüksəkliyi olan oyunçuların edə bilməsinə bariz nümunə idi. Bu gün - iradə günü idi! Bu məqamda, Qurban Qurbanova belə bir fiziki gücdə olan komanda yetişdirdiyi üçün bir daha təşəkkür etmək istəyirəm. Biz eyni zamanda, yaxşı başa düşürük ki, qarşıda bizi daha çətin və məsuliyyətli oyunlar gözləyir. Daha güclü rəqiblərə qarşı mübarizə aparacağıq. Ancaq əminəm ki, bu qələbə ruhu, əzm və məsuliyyət hissi ilə komandamız daha böyük zirvələri fəth edəcək. Bu yolda heç nə bizi dayandıra bilməz”.
Klub rəhbəri bildirib ki, pley-offa vəsiqə böyük uğurlara doğru atılan addımdır: “Başda Prezidentimiz İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqını, komandamı və azarkeşlərimizi təbrik edirəm. Bizimlə birlikdə bu sevinci yaşayan, bizi burada tək qoymayan hörmətli səfirlərimiz Leyla xanım və Hüseyn bəyə xüsusi təşəkkürümü bildirirəm. Həmçinin matçdan sonra “Ludoqorets” klubunun prezidenti Aleksandr Aleksandrova komandamız haqqında səsləndirdiyi xoş fikirlər üçün dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu qələbə bizim üçün sadəcə bir addımdır. İrəlidə bizi daha böyük uğurlar gözləyir”.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın “Dinamo”(Zaqreb) komandası ilə üz-üzə gələcək.
AFFA 4 klubu cərimələyib
Sabah Bakıda 20° isti olacaq
Qırğızıstan bu dəfə dövlət himnini dəyişir
Vətən müharibəsindən sonra 381 nəfər mina qurbanı olub
Eldəniz Əzizli 5-ci dəfə dünya çempionu olduqdan sonra karyerasını bitirəcək
Paytaxtda elektrovoz qatar yoluna çıxan 2 nəfəri vuraraq öldürüb
DİM taksi sürücüləri üçün test imtahanı keçirəcək
Daha 7 itkin-şəhidin dəfn mərasimi keçiriləcək
İlham Əliyev paytaxtda yeni salınan parkda yaradılan şəraitlə tanış olub
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
Azərbaycan nefti 71,87 dollara satılır
Paytaxtda arvadını öldürən şəxs evdə özünü asıb
Eldəniz Əzizli dördüncü dəfə dünya çempionu olub
Bakı-Pirşağı-Sumqayıt qatarlarının bir neçə reysi ləğv edilir
Azərbaycan-Pakistan hərbi-texniki əməkdaşlığı müzakirə edilib
Qadın güləşçimiz Gimnaziadada qızıl medal qazanıb
Şagirdlərin rəqəmsal bacarıqları qiymətləndiriləcək
Azərbaycan-Albaniya əməkdaşlığı müzakirə olunub
AQTA 350 hotelin qidalanma blokunda yoxlama keçirib
MEDİA jurnalistlər üçün müsabiqə elan edib
Milli Məclis Azərbaycan- Özbəkistan müttəfiqlik müqaviləsini təsdiqləyib
Bakıda Dini Liderlərin Qlobal Sammiti keçiriləcək
İran hərbi xərclərini 2 dəfə artırır
“Hizbullah”a yeni baş katib təyin olunub
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədrini təbrik edib