logo

UEFA Çempionlar Liqası:Bu gün “Qarabağ” “Ludaqorets”lə qarşılaşacaq

09:09 06-08-2024 | icon 1057
UEFA Çempionlar Liqası:Bu gün “Qarabağ” “Ludaqorets”lə qarşılaşacaq

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanın “Ludaqorets” komandası ilə qarşılaşacaq.

YeniAvropa xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanın start fiti 20:00-da səslənəcək.

Matçı isveçrəli hakim Urs Şnider idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 13-də səfərdə təşkil olunacaq.