logo

Bakı Olimpiya Stadionudakı VAR Mərkəzi fəaliyyətini dayandırıb

12:52 02-08-2024 | icon 1001
Bakı Olimpiya Stadionudakı VAR Mərkəzi fəaliyyətini dayandırıb

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisindəki VAR Mərkəzi 2025-ci il fevralın 1-dək fəaliyyətini dayandırıb.

YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu səbəbdən 2024/2025-ci illər mövsümü üzrə Azərbaycan Kuboku və Premyer Liqası çərçivəsində keçiriləcək oyunlarda VAR-ın təşkili yalnız səyyar VAR nəqliyyat vasitəsilə mümkün olacaq.

AFFA-nın balansında hazırda 2 ədəd səyyar VAR nəqliyyat vasitəsi var.

Qeyd edək ki, COP29 tədbiri noyabrın 11-22-də keçiriləcək.