Azərbaycan cüdoçusu Zelim Tçkayev “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
YeniAvropa xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda fransalı Umar Alfa Djalo ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan Z.Tçkayev mübarizəni dayandırıb.
Qeyd edək ki, ötən gün Hidayət Heydərov (73 kiloqram) Olimpiya çempionu olub.