logo

UEFA Çempionlar Liqası: “Qarabağ” bu gün cavab görüşünə çıxacaq

10:10 30-07-2024 | icon 833
UEFA Çempionlar Liqası: “Qarabağ” bu gün cavab görüşünə çıxacaq

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab qarşılaşmasına çıxacaq.

YeniAvropa xəbər verir ki,  Ağdam təmsilçisi səfərdə 2:0 hesabı ilə məğlub etdiyi Cəbəllütariqin “Linkoln” komandasını doğma meydanda qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Matçı danimarkalı Yakob Sandberq idarə edəcək.

Bu matçın qalibi “Ludaqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk ,Belarus) cütünün güclüsü ilə üz-üzə gələcək. İlk görüşdə Bolqarıstan təmsilçisi 2:0 hesabı ilə üstün ayrılıb.